Xəbər verdiyimiz kimi, «Təzadlar»ın 18 yanvar 2022-ci il tarixli sayında dərc olunmuş «AMEA-NIN TORPAQŞÜNASLIQ İNSTİTUTUNDA NƏ BAŞ VERİR?- AKADEMİK RAMİZ MEHDİYEVƏ MÜRACİƏT» başlıqlı məqalə

adı çəkilən elmi-tədqiqat müəssisəsinin kollektivində böyük rezonans yaradıb. Redaksiyaya zəng edilir, yaxud qəzetin sosial şəbəkə hesabına minnətdarlıq mesajları daxil olur. Belə, anlaşılır ki, kollektivin demək olar böyük əksəriyyəti direktor Əlövsət Quliyevdən narazıdır. Elə buna görə də AMEA-nın Prezidenti Ramiz Mehdiyevdən kömək istəyirlər. Bununla belə, rəhbərliyin bu müraciət və yazıdan narazılığı da hiss olunur. Narazı olanlardan biri- AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru, texniki elmlər doktoru Yasin Rüstəmov qəzetin elektron poçtuna narazılığını ifadə etdiyi məqamları özündə əks etdirən və kollektiv imzalar olan məktubun fotosurətini, eləcə də ümumi iclasda çıxış edənlərin video diskini göndərib. Təkzib mətnində deyilir:

«Hörmətli redaksiya! Qəzetinizdə dərc olunmuş «AMEA-NIN TORPAQŞÜNASLIQ İNSTİTUTUNDA NƏ BAŞ VERİR?- AKADEMİK RAMİZ MEHDİYEVƏ MÜRACİƏT» başlıqlı məqalədə müəllif mənim barəmdə əsassız ifadələr işlətmişdir. Bildirirəm ki, adı çəkilən məqalə ilə bağlı kollektivin ümumi iclası keçirilmişdir və həmin iclasda mən üzümü toplaşanlara tutaraq demişəm ki, vicdanınızın səsi ilə düşünüb danışın, əgər məndən narazılığınız varsa, üzümə deyin, mən 7 aydır burada çalışıram. Mən Ulu Öndər Heydər Əliyevlə uzun illər birgə çalışmışam, Ulu Öndərin fəaliyyəti və həyatı mənim üçün bir məktəb və örnəkdir. Özümə qarşı tənqidiyəm, bir daha xahiş edirəm, sözünüzü deyin… Həmin iclasın video diskini Sizə göndərirəm. Orada çoxsaylı çıxış edənlər oldu. İlk danışan isə akademik Qərib Məmmədovun həyat yoldaşı Sara Məmmədova çıxış etdi, bir daha bəyan etdi ki, əksinə, mən instituta gələndən kollektiv özünü elmi-tədqiqat institutunun əməkdaşları kimi hiss edir. Halbuki məqalədə yazılır ki, guya mən Sara xanımı təhqir etmişəm, onunla pis rəftar etmişəm və s. Bunların hamısı yalandır. Üstəlik, iclasda iştirak edən 128 nəfər barəmdə fikrini bildirib və imzası ilə təsdiqləyib.

 O ki qaldı mənim Naxçıvandan «deportasiya» olunmağıma, əvvala, müəllif bilməlidir ki, Naxçıvan ayrı bir dövlət deyil, Azərbaycanın bir parçasıdır… Mən iş yerimi elmi fəaliyyətimlə bağlı Bakıya dəyişmişəm. Elmi və rəhbər fəaliyyətimə gəlincə, mən, 06 iyul 2021-ci il tarixli sərəncamla AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun icraçı direktoru vəzifəsinə təyin olunmuşam. Təqribən 7 aylıq fəaliyyətim müddətində İnstitutda aşağıdakı köklü dəyişikliklər baş vermişdir:

1.İşçilərin işə davamiyyəti və nizam-intizamı tam bərpa edilmişdir;

2.Hər bir laboratoriya ilə ayrı-ayrılıqda elmi seminarlar keçirilmişdir;

3.İnstitutdaxili bütün intriqalar aradan qaldırılmışdır;

4.Ezamiyə problemləri həll edilmişdir;

5.Laboratoriyalarda olan internet, bəzi avadanlıqların sazlanması, reaktivlərlə təmin edilməsi məsələləri həll edilmişdir;

6.Baş Mil-Qarabağ, Baş Mil-Muğan və Baş Şirvan kollektorları və onların təsir dairəsində olan torpaqların vəziyyətinin araşdırılması məqsədilə kompleks tədqiqat işləri aparılmışdır. Çöl tədqiqatları və laborator analizlər başa çatdırılmışdır. Əldə etdiyimiz nəticələr tezliklə yekunlaşdırılacaqdır.

7.Ölkə prezidentinin su çatızmazlığı ilə əalqədar yaradılan hökumət komissiyasının üzvüyəm. Dövlət əhəmiyyətli layihələrin icrasında iştirak edirəm.

8.İllik elmi hesabat yüksək səviyyədə təqdim edilmiş və yüksək qiymətləndirilmişdir.

9.Namizədlik və doktorluq dissertasiya işim 3103.02 – “Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi ”-dir.

 Hazırda Torpaqşünaslıq və Aqrokimya İnstitutu AMEA-da ən qabaqcıl İnstitutlardan birinə çevrilmişdir. Olduqca mehriban kollektiv formalaşmışdır. Lakin görünür bulanıq suda balıq ovlamaq istəyənlərə bu sərf etmir və köhnə palanı qurdalayırlar. Mənə aid olan və təkzib tələb edən sənədləri Sizə təqdim etmişəm.

 Bir də tez-tez «Mən aliməm» deyənlərə rəhmətlik Xudu Məmmədovun dediklərini xatırlatmaq istəyirəm: “Mənə alim deməyin, bəs onda Nyuton və başqaları kim idi?”

Yasin Rüstəmov,

 AMEA Torpaqşünaslıq və

Aqrokimya İnstitutunun

icraçı direktoru, t.e.d.».

Təqdim etdi: A.Məmmədli        

                                          

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN