...Qış qapını döyəndə vətəndaşları, məktəb və bağçaları... istiliklə sınağa çəkən Yaşar Məmmədəli oğlu Həsənov “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edildi... Bu dəfə onun özünün kabinetini döyüb dedilər ki, "imtahan" bitdi, getmək vaxtıdır... Belə ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilib.

***

...Bəli, hər il əhalidən istiliyə olan borcu yığa bilmədiyini deyən rəis bununla da "Azəriqaz"a olan borclara görə dövlətdən dotasiya da alırdı. Halbuki təsərrüfathesablı olan ASC nəinki "Azəriqaz"a olan borclarını ödəməli idi, həm də mənfəətlə işləməli idi. Amma hər il eyni bəhanə təkrarlanırdı...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN