İnstitutdan yazan müəllif direktor Əlövsət Quliyevdən və institutun icraçı direktoru Yasin Rüstəmovdan üzr istədi...

“Təzadlar” qəzetinin 18 yanvar 2022-ci il tarixli buraxılışında “AMEA-nın Torpaqşünaslıq İnstitutunda nə baş verir- Akademik Ramiz Mehdiyevə müraciət” başlıqlı yazı çap olunmuşdur.

Kənar müəllif olan F.Ağazadə institutda baş verən özbaşınalıq, yeyinti faktları, kollektivdə yaranan ayrı-seçkilik haqda təfsilatı ilə bəhs edərək  direktor Əlövsət Quliyevə qarşı ciddi ittihamlar irəli sürmüşdür.

Redaksiya olaraq biz hər zaman qarşı tərəfin də mövqeyini öyrənməyə hazır olduğumuzu bildirmişik. Bu dəfə də elə oldu, əvvəlcədən institutun elektron poçtuna həmin məqaləni göndərərək mövqe bildirilməsini xahiş etmişdik.

***

Ötən həftə institutun icraçı direktoru Yasin Rüstəmov barəsində səsləndirilən ittihamlarla bağlı cavabını göndərdi və dərc olundu.

Bu gün isə institutun direktoru, Akademik Əlövsət Quliyev redaksiya ilə əlaqə saxlayaraq öz fikirlərini bildirmək üçün əməkdaşımızı instituta dəvət etdi.

***

Beləliklə, Professor öz iş fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirdi ki, bu cür yazılar, əslində, onun fəaliyyətinə kölgə salmaq, iş prinsiplərini azdırmaq, yolundan geri çəkilməyə məcbur edilməsinə hesablanıb. Bu yazının, hətta kim tərəfindən və nə məqsədlə yazıldığını da bildiyini dedi.

Akademikin sözlərinə görə, direktor olduğu 5 il müddətində onun 4 dəfə iş fəaliyyəti yoxlanılıb. Lakin işində heç bir nöqsana rast gəlinməyib. Rəhbəri olduğu institutda 90 nəfər elmlər namizədi, 11 nəfər elmlər doktoru, 3 nəfər akademik çalışır. Bütün bu heyətlə o, həmişə çalışıb ki, millətinə, xalqına bir alim kimi öz töhfəsini versin. Lakin elmə yad olan insanlar öz şəxsi maraqları xatirinə həmişə institutun işlərinə problem yaratmağa, fəaliyyətinə kölgə salmağa çalışıblar.

Əlövsət Quliyev dedi: “...Haqqımda dərc olunan qərəzli yazını oxudum və bütün bunların hardan qaynaqlandığını da anladım...”.

Akademikin sözlərinə görə, institutda direktor işlədiyi müddətdə 4 ay müddətinə işindən uzaqlaşdırılıb. Buna səbəb isə Mil-Muğan kollektorunda başlatdığı ekspedisiya olub. Bu ekspedisiyanın başlanmasında məqsəd isə ölkənin 12 milyard kubm. su ehtiyatı olduğu halda, 5 milyard kub.m suyun itkiyə getməsini araşdırmaq olub. Bu araşdırma isə bəzi məlum qüvvələrin qəzəbinə tuş gəlib. “...Məhz bu səbəbdən mən işdən çıxarılanda Qərib Məmmədov mənim yerimə təyin olundu və Ramiz Mehdiyevin də imza etdiyi 305 səhifəlik şikayət məktubu Baş Prokuror Kamran Vəliyevə ünvanlandı... Lakin araşdırma aparıldı və heç bir qanunsuzluq, yeyinti faktı aşkarlammadı, mən məhkəmənin qərarıyla vəzifəmə qaytarıldım...”.

Lakin məsələ bununla da bitmir. Bundan sonra da akademikə müxtəlif yollarla təzyiqlər edilir. Bu dəfə ətrafında olan insanlar ona media vasitəsilə qarayaxma kampaniyası başladırlar. Çox keçmir ki, akademik yazının müəllifini tapır. Və məlum olur ki, yazını redaksiyaya təqdim edən Fəxrəddin Ağazadə institutda çalışan Professor Amin Babayevin verdiyi saxta məlumatlara əsaslanaraq bu yazını yazıb. “Məqalə çap olunandan sonra isə Fəxrəddin Ağazadə aldadıldığını başa düşərək  həm məndən, həm də “Təzadlar” qəzetinə müraciət edərək səhvini səmimi etiraf etdi, təkzib verdi... Düşünürəm ki, bunlar yolverilməz hallardır. Kollektivin maraqlarını hansısa şəxsi intriqalara qurban vermək bağışlanılmaz günahdır. Bu, elmə və ictimai maraqlara zərbə vurmaqdır”.

Dinlədi:

Sevinc Muradxanlı

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN