Rusiya prezidenti Vladimir Putin və və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə “France-Press” Yelisey sarayına istinadən xəbər yayıb. Xəbərdə Makronun Rusiya-Ukrayna böhranında artan gərginliyi azaltmaq üçün rusiyalı həmkarı Putinlə 1saat 40 dəqiqə danışdığı bildirilib.

“Agency France Presse” də öz növbəsində liderlərin telefon danışığında əsas müzakirə mövzusunun Rusiya-Ukrayna münasibətləri olduğunu xəbər verib.

Qeyd edək ki, fevralın 7-də Makron Moskvaya səfər edib. Rusiya və Fransa liderləri arasında görüş 5 saat davam edib. Əsas müzakirə mövzusu Avropada təhlükəsizliyin təmin edilməsi problemi olub. Ertəsi gün Makron ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN