...Qadın sürücülərin sayının artması yaxşı əlamətdir, amma...

Baş Dövlət Yol Polisi İdarəsi 2021-ci ildə qadın sürücülərin yol verdikləri yol-nəqliyyat qaydalarının pozulması barədə statistikanı açıqlayıb. 2021-ci ildə yolda müəyyən edilmiş sürət həddini aşmağa görə 84381 qadın sürücü barəsində elektron qərar çıxarılıb. Təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməyə görə 5494, yolayrıcını keçmə qaydalarının pozulmasına görə 1363, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 1257 qadın sürücü barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib. Ötən il ərzində qadın sürücülər tərəfindən törədilmiş ümumilikdə 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, həmin qəzalarda 17 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb. 2020-ci illə müqayisədə sürücülük vəsiqəsi alan qadınların sayı 2021-ci ildə 67 faiz artıb. 

Bəli, qadınlar zərifdirlər, məxsusi hörmətə malikdirlər. Lakin yollardakı qəzalar göstərir ki, bu zəriflik bəzən qan və ölümlə nəticələnir. Odur ki, yollara zərif gözlə deyil, ciddi nəzərlə baxmaq lazımdır...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN