Xabarovsk diyarının başçısı Mixail Deqtyarev Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskini  qondarma  “LPR” və “DXR”-də vəziyyətin inkişafı ilə bağlı verdiyi proqnozlarına görə "peyğəmbər" adlandırıb...

Qeyd edək ki, sosial şəbəkədə canlı yayım zamanı Deqtyarev partiya lideri haqqında iki kitab yazdığını xatırladıb.  Birincisi, 2015-ci ildə yazdığı  “Öz ölkəsində Peyğəmbər” və 2021-ci ildə “Peyğəmbər 2.0” kitablarıdır.

"Seçkilərdən sonra mən onu bitirdim, çap etdim - onun barəsində və proqnozları haqqında yazılmışdı. Yeri gəlmişkən, indi Donetsk və Luqanskda cərəyan edən vəziyyət haqqında o,  hələ yeni il qabağı demişdi. Bu videonu internetdən tapa bilərsiniz.  Budur, ona qulaq asmaq lazımdır, onda ölkədə hər şey yaxşı olacaq. Jirinovski bizim peyğəmbərimizdir”, - deyə  Deqtyarev bildirib.

Xatırladaq ki, özünün dediyinə görə, 8 dəfə peyvənd vurduran  RLDP-nın lideri Vladimir Jirinovski koronavirusa yoluxub və fevralın 2-dən Mərkəzi Klinik Xəstəxanada müalicə olunur.

Partiyanın mətbuat xidmətinin bu gün yaydığı bəyanatına görə, RLDP lideri Vladimir Jirinovski, tədricən sağalır və onun səhhətində ciddi problemlər olması ilə bağlı yayılan xəbərlər yalandır.

Daha əvvəl də RLDP-nin mətbuat xidməti liderlərinin özünü yaxşı hiss etməsi, sənədlərlə işləməsi, hətta göstərişlər verməsi barədə məlumat yayıb.

Bundan əvvəl mediada Jirinovskinin koronavirus testinin mənfi nəticə verməsi ilə bağlı məlumatlar yayılmışdı. Eyni zamanda, bir sıra nəşrlər partiya rəhbərinin vəziyyətinin ağır olması, ağciyərlərinin 50-75% zədələnməsi və ikitərəfli otit olması haqqında da yazıblar.

Bütün yayılan məlumatlara baxmayaraq, partiyanın mətbuat xidməti yazılanları təkzib edir...

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN