Avropa Şurası və Avropa Komissiyasının rəhbərləri Şarl Mişel və Ursula fon der Leyen bu gün cümə axşamı səhər tezdən
Ukraynaya dəstək üçün birgə bəyanat yayıblar. "Rusiyanın Ukraynaya qarşı haqsız hücumunu qətiyyətlə pisləyirik. Bu qaranlıq zamanlarda düşüncələrimiz Ukrayna ilə, bu səbəbsiz hücumla üzləşmiş və indi həyatları üçün qorxan günahsız qadınlar, kişilər və uşaqlarladır", - Aİ liderlərinin bəyanatında bildirilir. “Kreml buna görə cavab verəcək”, - hər iki lider əlavə edib.
ABŞ prezidenti də bəyanat verib və söz verib ki, “Dünya Rusiyanı, eləcə də digər bəzi liderləri hesaba çəkəcək”.
Xatırladaq ki, bu gün fevralın 24-də səhər tezdən Putin Ukraynaya qarşı müharibəni başladı…
A.Məmmədli