"Bütün həmrəyliyimiz Ukraynayladır."

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, dünya ictimaiyyəti Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını unutmayacaq.

"Rusiya Ukraynaya hücum etməklə beynəlxalq asayişin ən elementar qaydalarını pozur. Dünya ictimaiyyəti Rusiyanın  bu biabırçı gününü unutmayacaq. Biz tərəfdaşlarımızla birlikdə reksiya verəcəyik. Bütün həmrəyliyimiz Ukraynayladır", - deyə nazir açıqlamasında bildirib.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda, həmçinin bildirilir ki, nazir Berbok Ukraynadakı vəziyyətlə əlaqədar Almaniya Xarici İşlər Nazirliyində böhran qərargahının çağırılmasına dair göstəriş verib. İclas səhər saat 8.30-da (Bakı vaxtı ilə 9.30) başlayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün səhər (Moskva vaxtı ilə 6 radələrində) rusiyalılara müraciətində Donbassda xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.

Ukrayna mediası partlayışların Kiyev, Kramatorsk, Odessa, Xarkovda eşidildiyini yazır.

Lakin Rusiya Müdafiə Nazirliyi Ukraynanın şəhərlərinə raket və artilleriya zərbələri endirmədiklərini və endirməyəcəklərini  bəyan edib…

Amma fakt budur ki, bütün danışıqlara rəğmən, müharibə başladı! Nə qədər davam edəcəyini isə zaman göstərəcək.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN