Prezident Vladimir Zelenski Kremllə tam hüquqlu danışıqların tərəfdarıdır, lakin ultimatumun yox...

Bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bu gün “İnterfaks-Ukrayna”ya şərhində belə deyib. "Rusların guya onların qüvvələrinin dayandırmaq əmri verdiyi yalanı cümə gecəsi bütün dünyanın gördüyü reallığı təkzib edir. Döyüşlər şiddətli, maksimum intensivlikdə olub.
Məhz ona görə ki, prezident Zelenski Ukrayna üçün qəbuledilməz olan heç bir şərt və ultimatumları qəti şəkildə qəbul etmir. Yalnız tamhüquqlu danışıqların tərəfdarıdır”. O, qeyd edib ki, istənilən müharibə qaçılmaz olaraq danışıqlarla başa çatır. Onun sözlərinə görə, Ukrayna Moskvada ifadə olunan danışıqlar mövqeyini dinləyib. "Onlar bizim danışıqların formatına və mövqeyimizə münasibətimizi bilirlər. Ona görə də, bizim danışıqlardan imtina etdiyimiz barədə şərhləri onların taktikasının sadəcə bir hissəsidir. Onlar danışıqları hələ başlamamış dalana aparmağa çalışırlar". Onun sözlərinə görə, danışıqlar sağlam düşüncəyə əsaslanmalı və elə olmalıdır ki, Ukrayna xalqının və milli dövlətçiliyinin maraqlarına uyğun vicdanlı həll yolu hazırlansın. "Ukraynalılar öz müqavimətləri ilə sübut etdilər ki, bizi çıxılmaz vəziyyətə salmaq qeyri-real ambisiyadır".

 Xatırladaq ki, bu gün Kreml bəyanat verib ki, guya Rusiya prezidenti Vladimir Putin dünən gecədən Ukraynaya qarşı hücumu danışıqlara qədər dayandırmaq əmri verib, lakin Kiyev bundan imtina edib və işğalçıların irəliləməsi davam edib. Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak isə  bildirib ki, Ukrayna Rusiya ilə danışıqlarda mövqeləri diktə edəcək.

Sevinc MURADXANLI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN