Rusiya-Ukrayna müharibəsinin 3-cü günü, nəhayət, Prezident İlham Əliyevlə Ukrayna prezidenti Volodimir Zelenski arasında
telefon danışığı baş tutub. Söhbət zamanı Volodimir Zelenski humanitar yardıma görə İlham Əliyevə təşəkkür edib. Bu barədə Ukrayna lideri öz Tvitter səhifəsində yazıb. “Beynəlxalq tərəfdaşlarla danışıqları davam etdirirəm. Azərbaycan prezidenti İlham Əliyevlə söhbətim olub. Bizə göstərilən humanitar yardımı və dərmanları yüksək qiymətləndiririk. Dəstəyə görə minnətdarıq”, – Zelenski əlavə edib.
"Təzadlar" əlavə edib ki, bu barədə "Ukrainskaya pravda" və Ukrayna mediası da məlumat yayıb.
Onu da deyək ki, Türkiyə prezidenti R.T.Ərdoğan Rusiya ilə Ukrayna arasında atəşkəsin əldə olunması üçün hər cürə yardım etməyə hazır olduğunu təklif edib.
A.Məmmədli