Bu gün fevralın 27-si  - Ukraynadakı müharibənin 4-cü günü. 

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkovun jurnalistlərə verdiyi məlumata görə, indiyədək Rusiya Ukraynanın 975 hərbi infrastruktur obyektini məhv edib...

Bu arada, Prezident Vladimir Zelenski də yeni diviziyanın - Ukraynanın Beynəlmiləl ərazi müdafiəsi legionunun yaradıldığını elan edib.

Prezident Zelenski Ukraynanın dostu olan bütün xarici ölkələrin vətəndaşlarına müraciət edib. O, müraciətində bildirib ki, Avropada və dünyada təhlükəsizliyin müdafiəsinə qoşulmaq istəyən hər kəs gəlib, XXI əsrin işğalçılarına qarşı ukraynalılarla çiyin-çiyinə dayana bilərlər.

Ukrayna KİV-nin məlumatına görə, Ukrayna Prezidentinin 10 iyun 2016-cı il tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Silahlı Qüvvələrdə hərbi xidmət keçməsi haqqında” Əsasnaməyə əsasən, əcnəbilər USQ-də könüllü əsaslarla hərbi xidmət keçmək hüququna malikdirlər, o cümlədən USQ-nin ərazi müdafiə qüvvələrinin sıralarında.

Ukrayna rəhbərliyi işğalçılara qarşı müqavimətə və dünya təhlükəsizliyinin qorunmasına qoşulmaq istəyən bütün əcnəbiləri ölkəyə gəlməyə və ərazi müdafiə qüvvələri sıralarına qoşulmağa dəvət edib.

“Əcnəbilərdən ibarət ayrıca  bölmə formalaşır – Ukraynanın beynəlmiləl ərazi müdafiə legionu.

Bu, ölkəmizə dəstəyinizin əsas sübutu olacaq”.

Qeyd edilib ki, arzu edən əcnəbilər öz ölkələrindəki Ukrayna səfirliyinin müdafiə attaşesindən ətraflı məlumat ala bilərlər.

Arzu edirik  ki, Ukraynadakı bu dəhşətli müharibə tezliklə dayandırılsın və əcnəbilərdən ibarət beynəlmiləl legion yaradılmasına da ehtiyac qalmasın.

JASMİN

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN