Prezidentin Konstitusiya Məhkəməsindəki nümayəndəsi Fedor Venislavski bildirib ki, Ukrayna nümayəndə heyəti ilə ruslar arasında danışıqlar bir neçə saatdan sonra başlayacaq, çünki komandanın Belarusla sərhədə çatması gözlənildiyindən daha çox vaxt aparacaq.

Bu barədə Venislavski Teleqram kanalının efirində danışıb: “Təhlükəsizliklə əlaqədar olaraq marşrut (Belarusla sərhədə - red.) dəyişdirilib, ona görə də hesab edirəm ki, bir neçə saat ərzində danışıqlar başlayacaq. Nümayəndə heyətimizin təhlükəsizliyini maksimum dərəcədə təmin etmək üçün həyatları üçün təhlükə yaratmayan və harada olduqları məlum olmayan marşrutlar üzrə hərəkət ediblər”.
"Təzadlar" Ukrayna Prezident Administrasiyasının saytına istinadla xatırladır ki, qeyd olunan nümayəndə heyətini qorumaq üçün kimlərin danışıqlarda kimlərin iştirak etdiyini nəzərə alaraq adını çəkməkdə çətinlik çəkilir... Venislavski hesab edir ki, günün sonuna qədər başlanğıc mövqelər və danışıqların nəticələri barədə tam məlumat olacaq. O, həmçinin əlavə edib ki, belaruslar da danışıqlarda müşahidəçi qismində iştirak edəcəklər.

Xüsusi olaraq qeyd edək ki, danışıqlarda Zelenski iştirak etmir, onun yerləşdiyi məkan məxfi saxlanılır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN