Prezident Vladimir Zelenski Belarusla sərhəddə aparılan danışıqların nəticəsinə həqiqətən inanmadığını deyib, amma bildirib ki, qoy cəhd etsinlər ki, sonradan heç kim onun müharibəni dayandırmaq istədiyinə şübhə etməsin... 

Zelenski videomüraciətində belə deyib: "Aleksandr Lukaşenko ilə telefon danışığım oldu. Onunla 2 il danışmamışdım, bu gün isə onunla uzun müddət, çox mətləblə danışdıq. Mən ona bu işğal niyyətinin mümkünsüzlüyünü ətraflı izah etdim. Bizim toqquşmamız əbəsdir dedim... Mən istəmirəm raketlər, təyyarələr, vertolyotlar Belarusdan Ukraynaya uçsun. Mən istəmirəm ki, Belarusdan Ukraynaya qoşun getsin. Və o, məni buna əmin etdi. Açığını deyəcəyəm, həmişəki kimi: bu görüşün nəticəsinə həqiqətən inanmıram, amma cəhd etsinlər. Ona görə ki, sonradan heç bir Ukrayna vətəndaşı şübhə etməsin ki, mən prezident kimi kiçik də olsa, şans olanda müharibəni dayandırmağa çalışmamışam”.
 Zelenski vurğulayıb ki, Lukaşenko ondan Ukrayna və Rusiya nümayəndə heyətlərinin Pripyat çayında “heç bir şərt olmadan” görüşməsini istəyib.
O əlavə edib ki, “bizim adamlar” danışıqlarda olduğu müddətdə özü də, OPİ rəhbəri də, baş nazir də, baş komandan da, Ukraynada da ordu və onların hamısı dövlətimizi müdafiə edəcək, çünki bizim məqsədimiz ərazi bütövlüyüdür. Zelenski həmçinin əlavə edib ki, bütün dünya bizim mövqeyimizi 100 faiz görür, dəstəkləyir, Rusiyanı işğalçı adlandırır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN