Fevralın 28-nə keçən gecə, müharibənin 5-ci günündə rus qoşunları Kiyevin müdafiəsini yarmaq cəhdlərini davam etdirdilər, lakin uğursuz oldu - paytaxtda vəziyyət nəzarət altındadır.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı - Kiyevin müdafiə komandanı, general-polkovnik Aleksandr Sırskinin birbaşa çıxışında bildirilir: "Rusiya işğalçı qüvvələrinin məqsədə çatmaq üçün bütün cəhdləri uğursuzluğa düçar oldu. İşğalçının texnikasının sütunları məhv edildi. Düşmən xeyli şəxsi heyət itkisi verdi. Rus qoşunları ruhdan düşmüş və tükənmişdir”.
O, rus qoşunlarının kolonnalarının dəfələrlə paytaxtın kənarına basqın etməyə cəhd etdiyini söyləyib. Amma düşmən qüvvələrinin bütün hərəkətləri nəzarət altında olub və vaxtında əks həmlə qərarları verilib. Fevralın 28-i səhər saatlarından etibarən Kiyevdə vəziyyət nəzarət altındadır.
Sırski vurğulayıb ki, ukraynalılar “evlərini çağırılmamış qonaqlardan necə qorumağı yaxşı bilirlər”.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN