...Fransa prezidenti Makron Zelenski və Putinlə telefon danışığı aparıb...  Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında müharibənin taleyini müzakirə edib.  "Təzadlar" "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb. Sarayın məlumatına görə, Putinlə söhbət 1 saat 30 dəqiqə davam edib. Makron Putindən mülki şəxslərə zərbələri dayandırmağı və Ukraynada əsas yolların təhlükəsizliyini təmin etməyi xahiş edib. Fransa prezidentinin ofisinin məlumatına görə, Rusiya prezidenti “Bunun üçün hazır olduğunu təsdiqləyib”. Makron deyib ki, “dərhal atəşkəsə ehtiyac”da israrlıdır. Fransa prezidenti deyib ki, prezident Makron da son saatlarda Vladimir Zelenski ilə bir neçə dəfə danışıb. Məlum olduğu kimi, Ukrayna-Belarus sərhədi ərazisində Ukrayna ilə Rusiya nümayəndə heyətləri arasında danışıqlar bir neçə saatdır ki, davam edir... Hələki yekdil qərar yoxdur. Tərəflər strateji şərtlərini diqtə edir... Rusiya vaxtilə Azərbaycanı da Erməni nadürüst prezidentlərlə belə danışıqlara cəlb edirdi. İndi özü bu diqtələr qarşısındadır...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN