YAP Azərbaycanın deyil, Ukraynanın dövlət bayrağını sosial şəbəkə platformasında statusuna bayraqdar etmiş rektorun bu hərəkətinə necə baxır???

 …Əvvəlcə, bir maraqlı məqam barədə: Sən demə, bu gün məlum yolla deputat olmuş Etibar Əliyevin ad günü imiş… Vaxtilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun Azərbaycanda yoxa çıxarılmış doktorluq dissertasiyası ilə bağlı araşdırma yazımıza cavab kimi Etibar Əliyevin şantaj məqalələri ilə qarşılaşmışdıq… O vaxt bu adama başa salınmışdı ki, biz rektordan yazırıq, sənə dəxli??? Sən demə, dəxli var imiş… Nə isə… Başda uzun illər redaktoru olduğu «Azərbaycan» qəzetini Ramiz Mehdiyevi tərifləmə tribunasına çevirmiş Bəxtiyar Sadıqov olmaqla, Mətbuat Şurasındakı bəzi «oturduğu budağı kəsən»lərin «saqqızını oğurlayıb» «Təzadlar»a qarşı qaralama fəaliyyəti aparan rektor Ədalət Muradovun əsas dəstəkçisi olan Etibar Əliyevin rektorla o dərəcədə yaxınlığını bilməzdik. Hətta o vaxt rektor Ə.Muradov ətrafına guya Etibar Əliyevə belə bir tapşırıq vermədiyini bəyan etmişdi… Amma bu gün rektor Ədalət Muradov bunun elə olmadığını özü təbrik statusunda (fb-də) təsdiqləmişdir. Sitat: «UNEC ictimai Nəzarət Şurasının Sədri, dəyərli kitabsevər və böyük maarifçi, təhsildə dəyərlərə önəm verən, Vətəninə, Millətinə bağlı olan Millət vəkili Etibar Əliyevi ad günü münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram».

Əla, gözəl və ürəkdən gələn təbrikdir!

Yeri gəlmişkən, Rusiyanın Ukraynada başlatdığı  məlum müharibəyə Azərbaycan dövlətinin rəsmi mövqeyi bəllidir. Bu, Azərbaycan Prezidentinin balanslı siyasətinin tərkib hissəsi olaraq qalır, belə də olmalıdır. Xalqın, ictimaiyyətin isə mövqeyi təbii ki, fərqli ola bilər… Amma rektor Ədalət Muradov Hakim partiyanın- YAP-ın idarə heyətinin üzvüdür, deməli, bəzi məsələlərdə siyasi vəzifə və məsuliyyət daşıyır. Bu gün isə ADİU-dan bizə bildirdilər ki, Ədalət Muradov özünün fv statusunu neçə vaxtır Azərbaycanın dövlət bayrağı ilə deyil, Ukraynanın dövlət bayrağı ilə bəzədib…

 ADİU rektoru Ədalət Muradovun Faceebook səhifəsində Rusiya-Ukrayna müharibəsində Prezident İlham Əliyevin siyasi iradəsinə daban-dabana zidd mövqe sərgiləməsi cənab Prezident İlham Əliyevin sitasi kursunun əleyhinə birbaşa getmək deməkdir, Rusiya və Azərbaycan arasında bağlanan İttifaq müqaviləsinin əleyhinədir, sayğısızlıqdır. Bax budur, hakimiyyətdə təmsil olunan və Prezident siyasətinin əleyhunə gedən məmurların mövqeyi! Bəs görəsən YAP rəhbərliyinin rektorun bu hərəkətinə siyasi qiyməti necədir??? Əməkdaşlarımız məsələni YAP rəhbərliyi ilə araşdırır.

Bir daha təkrar edirik, yəqinki bu gün Azərbaycan əhalisinin demək olar hamısı (rus əhalini çıxa da bilərik) Ukraynanı dəstəkləyir.. Amma rəsmiyyətin mövqeyindəki adi bir yanlışlıq Azərbaycana baha başa gələr, çünki Rusiyanın əsəbləri indi Ukraynada tarıma çəkilib.

«Təzadlar»ın Araşdırma Qrupu

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN