Prezident Vladimir Zelenski NATO-ya üzv ölkələrin Ukrayna səmasında “uçuş qadağan zonası” tətbiq etməkdən imtina etməsini sərt tənqid edərək, yüzlərlə ukraynalının ölümü müqabilində NATO-ya on tonlarla dizel yanacağı verilməsini dilə gətirib ələ saldı...

"Təzadlar" "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Zelenskinin axşam saatlarındakı videomüraciətində deyilir. Zelenskinin birbaşa çıxışından sitat: "NATO ölkələrinin bütün kəşfiyyat qurumları düşmənin planlarından yaxşı xəbərdardırlar. Onlar da Rusiyanın hücumu davam etdirmək istədiyini təsdiqlədilər. Bu necə mümkündür? Yeni zərbələrin və itkilərin qaçılmaz olduğunu anlayan NATO qəsdən qərara gəldi ki, bu addımı atmaq olmaz. Ukraynanın səmasını bağlamamaq! Biz inanırıq ki, NATO ölkələri özləri belə bir uydurma yayıblar ki, guya Ukrayna səmasının bağlanması Rusiyanın NATO-ya qarşı birbaşa təcavüzünə səbəb olacaq. Bu, bizdən qat-qat güclü silahlara sahib ola bilən, amma daxilən zəif, özünə inamsız olanların özünün uydurmasıdır. İnsanları, insanlığı düşünməli idiniz. Həmin görüşdə nə haqda fikirləşdiniz? Bu gündən ölənlərin hamısı sizin üzünüzdən öləcək! Zəifliyinizə görə, parçalanmağınıza görə! Alyansın bu gün edə biləcəyi yeganə şey Ukrayna üçün 50 ton dizel yanacağını öz satınalma sistemi vasitəsilə ötürmək idi. Yəqin ki, biz Budapeşt Memorandumunu yandıra bilərik? Daha yaxşı yanmaq üçün? Amma o, artıq bizim üçün rus qoşunlarının atəşində yanıb. Bu bizim istədiyimiz NATO idimi?! Siz belə bir Alyans qurmusunuz?! Bu gün NATO rəhbərliyi Ukraynanın şəhər və kəndlərinin növbəti dəfə bombardman edilməsi üçün “yaşıl işıq” yandıraraq, “uçuş qadağan zonası” yaratmaqdan imtina etdi. "Göyü bağlaya bilərdin", amma... Amma...
Bilmirəm, siz kimi qoruya bilərsiniz və öz ölkələrinizi - Alyans ölkələrini qoruya bilərsinizmi? Ortaq Avropamız, ümumi azadlığımız, ümumi gələcəyimiz üçün tökülən litr qanımızın əvəzini litrlərlə yanacaqla ödəyə bilməyəcəksiniz! 

***

 Prezident NATO Xarici İşlər Nazirləri Sammitinin bütövlükdə Brüsseldə keçirilməsini sərt tənqid edərək, bunu “zəiflik” adlandırıb. Bununla belə, o, alyansın zəif mövqeyinə baxmayaraq, Ukrayna ilə çiyin-çiyinə dayanmaqda və düşmənə müqavimət göstərməkdə köməklik edən NATO-ya üzv ölkələrə- Ukraynanın dostlarına təşəkkür edib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN