Ukrayna-Rusiya cəbhəsində baş verənlər dünyanın diqqətindədir...

Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken də əmindir ki, Ukrayna Putinin planına uyğun getməyən Rusiya ilə müharibədə qalib gəlməyə qadirdir. Blinken BBC-yə açıqlamasında belə deyib.  “Əgər Moskva hansısa yolla hökuməti devirmək və özünün marionet rejimini qurmaq niyyətində olsa, 45 milyon ukraynalı bu və ya digər şəkildə ondan əl çəkməyəcək”.
 Blinken qeyd edib ki, bu müharibənin nə qədər davam edəcəyini bilmir. Eyni zamanda o, Ukrayna xalqının Fövqəladə dirənişini yüksək qiymətləndirir.
ABŞ dövlət katibinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin planlaşdırdığı kimi deyil, müharibə artıq yanlış istiqamətə doğru gedib. Blinken bildirib ki, beynəlxalq ictimaiyyət Ukraynaya kömək etmək üçün mümkün olan hər şeyi etməyə sadiqdir, həmçinin “Vladimir Putinin başladığı müharibəni dayandırmaq üçün Rusiyaya güclü təzyiq göstərir”.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden rus işğalçılarına qarşı mübarizədə Ukrayna xalqını dəstəklədiyini bildirib və bütün dünyanın ukraynalıların cəsarətinə və qətiyyətinə heyran olduğunu bildirib.

Bu gün isə Zelinskinin Zoom platforma üzərindən ABŞ Senatının üzvləri ilə birbaşa görüşü olacaq. O, Senat üzvlərindən Ukrayna səmasının Rusiya uçuşlarına bağlanmasına təsir etməyi xahiş edəcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN