Rusiyaya qarşı döyüşmək üçün xaricdən 66 mindən çox kişi Ukraynaya qayıdıb...

Bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov açıqlama verib. O, bildirib ki, Ukraynanı müdafiə etmək üçün xaricdən 66 224 nəfər geri qayıdıb. Reznikov bu barədə Twitter-də açıqlama yayıb... Reznikov deyib: “66224. Məhz bu qədər kişi indi öz ölkəsini Rusiyadan qorumaq üçün xaricdən geri qayıdıb. Bu daha 12 döyüşkən briqada deməkdir! Ukraynalılar, biz yenilməzik!", - deyə nazir bəyan edib.

Xatırladırıq ki, dünən gecə güclü hücuma keçməyi bəyanlayan Rusiya qoşunlarında hərəkətsizlik müşahidə edilib. Ekspertlər bunu Ukrayna qoşunlarının son günlər güclü müqavimət göstərməsi və döyüşə ciddi hazırlığı ilə əlaqələndirirlər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN