Rusiyanın Ukraynaya qarşı elan etdiyi müharibədə itkiləri rəsmən elan edilib.

Belə ki, ilkin hesablamalara görə, 11 min nəfəri keçib. Bu barədə Ukrayna ordusunun Baş Qərargahının təqdim etdiyi məlumatda deyilir. 24.02-dən 06.03-dək düşmənin ümumi döyüş itkiləri təqribən 11 min hərbçi, 285 tank, 985 piyada döyüş maşını, 109 artilleriya sistemi, 50 ədəd raket sistemi, 21 ədəd hava hücumundan müdafiə sistemi, 44 təyyarə, 48 helikopter, 447 ədəd avtomobil texnikası, 60 yanacaq ilə sistern, 4 dron təşkil edib. "Düşmən hücum potensialını itirməməyə çalışır, lakin indiki vəziyyətdə o, silah, texnika və şəxsi heyətlə böyük itkilər verir. Bütün Ukrayna xalqının müqaviməti nəticəsində düşmən ruhdan düşüb. Rusiya işğalçılarının rezerv bölmələri işlərin real vəziyyəti ilə bağlı məlumatlı olduqları üçün son dərəcə aşağı mənəvi-psixoloji vəziyyətə malikdir”, -  Baş Qərargahın rəhbərliyi bildirib. Ukrayna KİV-ləri Rusiyanın itkilərini canlı videokadrlarla açıqlamaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN