Rusiya ilə müharibə başlayandan indiyədək xaricdən Ukraynaya 167 min vətəndaş qayıdıb ki, onların da 80%-i kişilərdir.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. “Ukraynalı kişilər Vətəni müdafiə etmək üçün xaricdən gəlməyə davam edirlər.
Müharibənin cəmi 12 günündə sərhədin qərb hissəsindən Ukraynaya 167 min soydaşımız qayıtdı ki, onların da təxminən 80 faizi kişilərdir”.
Beləliklə, sərhədçilərin məlumatına görə, təxminən 134 min kişi döyüşmək üçün Ukraynaya qayıdıb... Ukrayna ordusundakı bu ruh yüksəkliyi sayəsində "Odda yanmaz, suda batmaz" Rusiya ordusu 13 gündür Ukraynanın paytaxtı Kiyevi ələ keçirə bilmir... Bu gün bir generalını itirən Rusiyanın gün ərzində 20-dən çox hərbçisi əsir götürülüb. Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılmaqdadır...

A.Məmmədli

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN