Ukrayna-Rusiya cəbhəsində vəziyyət dəyişir...

Belə ki, ABŞ Ukraynaya açıq şəkildə hərbi dəstək verən Polşaya “Patriot” zenit-raket kompleksinin iki batareyasını göndərir. "Təzadlar" Rusiya KİV-lərinə istinadla bildirir ki, bu barədə ABŞ Hərbi Avropa Komandanlığının (EUCOM) sözçüsü Adam Miller CNN-ə açıqlamasında deyib: "Müdafiə nazirinin göstərişlərinə və Polşalı müttəfiqlərimizin sorğusuna cavab olaraq, ABŞ-ın Avropa Komandanlığının komandanı general Uolters, Avropa və Afrikadakı ABŞ ordusuna aid iki Patriot batareyasını Polşada yenidən yerləşdirməyi əmr etdi."
ABŞ Rusiyanın Ukraynaya müdaxiləsi zamanı ABŞ və NATO müttəfiqlərinə qarşı hər hansı potensial təhlükənin qarşısını almaq üçün “müdafiə qüvvələri yerləşdirməyi” nəzərdə tutur. Qeyd edilir ki, bu hərəkət “heç bir şəkildə heç bir hücum əməliyyatına dəstək verməyəcək” məqsədli deyil.
Bu arada Putinlə Zelinskinin görüşü barədə rəsmi məlumatlar dolaşır. Rəsmi Kreml Rusiyanın artıq yorulub əldən düşmüş ordunun sonadək gedəcəyinə əmin deyil.
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN