Avropa İttifaqının dövlət və hökumət başçıları Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Parisdə toplaşacaqlar.

Aİ liderlərinin Parisdəki Versal sarayında keçiriləcək zirvə görüşündə 27 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.

“Le Parisien” saytına istinadən xəbərə görə, görüşün əsas müzakirə mövzuları Avropanın enerji müstəqilliyi strategiyası və müdafiə məsələləri olacaq. Ukraynadakı vəziyyət xüsusi müzakirə mövzusu olacaq.

Zirvə görüşünün keçiriləcəyi ərazidə yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb. Şəhərin bu hissəsində 2 gün ərzində ictimai nəqliyyat işləməyəcək. Asayişi 2 min nəfərədək polis oruyacaq.

Qeyd edək ki, tədbiri işıqlandırmaq üçün 700-dən çox jurnalist akkreditasiya olunub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN