Xəbər verdiyimiz kimi,  Türkiyənin vasitəçiliyi ilə Antalyada Rusiya-Türkiyə-Ukrayna üçtərəfli xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Türkiyə KİV-nin məlumatına görə, görüş öncəsi Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb. 
Rusiya ilə Ukrayna arasında münaqişələrin dayandırılması və davamlı sülh üçün səylərini davam etdirən Türkiyə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri, ilk dəfə Rusiya xarici işlər naziri Sergey Lavrovu və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı bir araya gətirəcək.

Xatırladaq ki, fevralın 24-ü Moskva vaxtı ilə səhər saat 5:30-da Rusiya prezidenti Vladimir Putin  Ukraynada “xüsusi əməliyyat”ın başladığını elan etdi. Və qeyd etdi ki, RF “Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcək”.

 Bu gün Ukraynada başladılan müharibənin iki həftəsi tamam olur. İndiyədək Ukrayna və Rusiya nümayəndə heyətlərinin iki dəfə bir araya gəlməsinə baxmayaraq, müharibənin dayandırılması üçün razılıq əldə olunmayıb. Ukrayna xalqı isə bu dəhşətli müharibədən zərər görməkdədir - şəhərlər dağıdılır, mülki insanlar həyatını itirir, insanlar evsiz-eşiksiz qalır - milyondan çox insan isə ölkəsini tərk etmək məcburiyyətində qalıb. 

Ümid edək ki, Antalya görüşü bu anlamsız müharibəyə son qoyacaq və hələ də zirzəmilərdə gizlənməyə məcbur olan qadınların - körpələrin göz yaşları quruyacaq.


JASMİN

 

 

 

 

 

 

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN