Ukraynanın Çerniqov vilayətində fəaliyyət göstərən müqavimət qüvvələri 5 yaşayış məntəqəsini rus hərbçilərindən azad edib.

"Təzadlar" CNN-Türk-ə istinadla bildirir ki, "...ukraynalılar azad edilmiş 5 yaşayış məntəqəsindən əlavə işğalçıların iki zirehli transportyorunu da ələ keçirib." Sitat: "Rusiya Federasiyasının bölmələri döyüş əməliyyatlarını tam şəkildə apara bilmir. Ali hərbi-siyasi rəhbərliyin tərk etdiyi zabitlər arasında panika var. Əsgərlərin mənəvi-psixoloji durumu tapşırıqların yerinə yetirilməsinə kömək etmir. Və nəticədə bizim Çerniqov vilayətindəki yaşayış məntəqələrimizin üzərində Ukraynanın dövlət bayraqları və iki zirehli transportyorumuz var ki, bu da indi Ukrayna xalqının rifahına xidmət edəcək”.
Xatırladaq ki, dünən Polesie və Volın istiqamətlərində Ukrayna Silahlı Qüvvələri rusları geri çəkilməyə məcbur edib, Seversk istiqamətində isə Baklanova Muraveyka (Çerniqov vilayətinin Kulikovski rayonu) qəsəbəsini azad edib...

Rusiyanın hərbi rəhbərliyi isə Kiyev ətrafındakı hərbi kalonun yerdəyişməsini həyata keçirməkdədir. Hərbi ekspertlər bunun manevr olduğunu, Kiyevə qəfil hücum planı ola biləcəyini də gizlətmirlər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN