Rusiya hərbçilərinin ruh düşkünlüyü özünü daha qabarıq göstərir.

Belə ki, Ukrayna mediasında yayımlanan canlı kadrlar təsdiqləyir ki, Ukraynanın Sumı vilayətinin Romenşina qəsəbəsi yaxınlığında martın 11-də Rusiya ordusunun bir bölük əsgəri yerli özünümüdafiə dəstələrinin və polisin qüvvələri tərəfindən əsir alınıb. Hansı ki, həmin bölük Rusiya sərhədinə tərəf geri qayıdarkən yerli sakinlər tərəfindən aşkar edilib. Görünür, onlar döyüşməkdən imtina edənlərdir. Ukrayna Milli Polisi əsir alınanların fotosunu da dərc edib. Bildirilir ki, rusiyalı hərbçiləri çöllük ərazidə görüblər. 29 nəfərdən ibarət qrup çöllük ərazilərdən keçərək  əllərindəki xəritənin köməyi ilə Rusiya sərhədinə tərəf getməyə çalışırmışlar. Lakin bu yolu qət etmək onlara nəsib olmayıb. Üst-başları palçıq içində olan, günlərdir ac olduqları bildirilən rus əsgərləri tam tərkibdə əsir alınıb. Soyuqdan tir-tir əsən hərbçilər ayaq üstə güclə dayanırmış. 

 Digər məlumata görə, Kiyev ətrafına cəmləşdirilmiş Rusiya qoşunlarının ən azından bir qismini tezliklə Belarusa geri qaytarmağa hazırlaşırlar. Bu haqda rusiyalı hərbçilərdən birinin Rusiyadakı yaxını ilə telefon danışığından məlum olub. 

“Yaxşı xəbərlər dolaşır ki, tezliklə bizi Belarusa qaytaracaqlar. Orada texnika ilə, adamlarla yenidən komplektləşdirməni gözləyəcəyik...Ümid edirəm ki, bizi artıq evə göndərəcəklər. Bizdə adam sadəcə olaraq az qalıb. Çox adam həlak olub, yaralıların sayı da çoxdur”, - əsir düşmüş rusiyalı hərbçilər belə danışıb. Onlar əlavə ediblər ki, heç texnikaları da qalmayıb, sıradan çıxarılıb. Üstəlik ərzaqları da tükənib, yağış və qardan əskiyə dönmüş hərbi geyimləri isə yararsız haldadır.

Bu da ədalətsiz müharibənin nəticəsi. Hər şey göz qabağındadır.

Sevinc MURADXANLI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN