Ukraynadan sensasion məlumat gəlməkdə davam edir: əsir düşən rusiyalı pilot Maksim Kriştop bildirib ki, o, Ukrayna ərazisinə üç uçuş həyata keçirə bilib və onlardan birində mülki şəxslərin yaşayış binalarına 4 ton güclü partlayıcı bomba atıb...

Bu barədə Kristop 11 mart 2022-ci il tarixdə keçirilən mətbuat konfransında deyib. Bu da sensasion etiraf: "Boynuma alıram ki, bizə hara gəldi bombalamaq tapşırığı verilmişdi. Üçüncü döyüş uçuşum martın 6-da oldu. Təyyarədə 4 ton yüksək partlayıcıya malik aviabombalar var idi. Döyüş tapşırığını yerinə yetirərkən anladım ki, hədəf düşmənin hərbi obyektləri deyil, yaşayış binaları və mülki şəxslərdir. Lakin mən cinayət əmrinə əməl etdim. Bundan sonra Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən vurularaq Ukrayna Milli Qvardiyasının hərbçiləri tərəfindən əsir götürüldüm".
Onun sözlərinə görə, pilotlar fevralın 24-dən etibarən Ukrayna ərazisinə zərbə endirmək əmri alıblar. O, ilk döyüş uçuşunu fevralın 24-də edib. Pilot  Balakliyanın cənubunda yerləşən Ukrayna hərbçilərinin canlı qüvvəsinə 3 ton yüksək partlayıcı aviasiya bombası atıb. Hadisəni törədən şəxs əlavə edib ki, hədəf vurulub. Sonra o, martın 3-də ikinci döyüş uçuşunu həyata keçirib. Onun təyyarəsində İzyum yaxınlığında Ukrayna hərbçilərinin zirehli maşın karvanına atdığı 3 ton güclü partlayıcı bomba olub. Kriştop bu hədəfin də vurulduğunu bildirib. “Biz vurulmasaydıq, əmrləri yerinə yetirməyə davam edəcəkdik, çünki biz hərbçiyik, əmri icra edirdik”.

Jurnalistin "Siz yaşayış binalarına bomba atmalı olduğunu anlayanda əmrə tabe olmamaq imkanının olub-olmadığını nəzərdən keçirə bildinizmi?" sualına o, belə bir fürsətin olduğunu, lakin əmri yerinə yetirməkdən boyun qaçırmaqda “zəiflik və qorxaqlıq nümayiş etdirdiyi” cavabını verib.

Pilot onu da etiraf edib ki, hərbi rəhbərlik hələ yanvar ayında Ukraynadakı döyüşlərdə iştirak edəcəklərini onlara deyibmiş və onlar məşq adı altında hücuma hazırlaşıblar. Həmçinin əsir düşmüş pilot dəhşətli cinayətlər törətdiyini etiraf edib, üzr istəyib və “müharibənin mümkün qədər tez başa çatması və bütün günahkarların məsuliyyətə cəlb olunması üçün səy göstərəcəyinə” söz verib. O, rus əsgərlərini cinayət əmrlərinə tabe olmağı dayandırmağa və Ukraynanın mülki əhalisinə qarşı müharibə aparmamağa çağırıb. “Düşünürəm ki, biz bu müharibəni artıq uduzmuşuq”, - deyə rus pilot deyib.

A.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN