Rusiya Ukraynanı ələ keçirmək planından hələki vaz keçməyib və acığını ABŞ-dan, NATO-dan deyil, Ukraynanın mülki insanlarından və mülki təyinatlı obyektlərindən çıxır...

Təkcə dünən Ukraynanın ayrı-ayrı şəhərlərinə yüzlərlə aviazərbələr endirilib və minlərlə insan həlak olub. Bu gün isə tərəflər arasında növbəti danışıqlar baş tutmalıdır. “Hazırda Rusiya ilə Ukrayna arasında heç bir danışıq aparılmır. Danışıqlar bazar ertəsinə nəzərdə tutulub”. Bunu “Ria Novosti”yə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Qeyd edək ki, dünən axşam saatlarında isə “Reuters” agentliyi Ukraynadakı mənbələrə istinadla 2 ölkə arasında danışıqlar aparıldığı barədə məlumat yayıb. Amma döyüşlər isə davam edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN