Dünən bazar günü Ukraynanının İrpin şəhərinin atəşə tutulması zamanı həlak olan 51 yaşlı ABŞ vətəndaşı Brent Renault Amerikanın “Time” jurnalının redaktoru kimi Ukraynada işləyirmiş...

"Ukrainskaya pravda"nın baş redaktoru Sevgil Musayeva bildirib ki, Brent Ukraynada qlobal qaçqın böhranı ilə bağlı "TIME Studios" layihəsində işləyirmiş. Reno müharibə müxbiri, peşəkar rəssam idi və Əfqanıstan və İraqda işləyib. Onun işi sənədli film festivallarında ən yüksək mükafatlara layiq görülüb. Brent Renault 2019-cu ildə Harvardda Nieman Təqaüdçüsü olub və burada Sevgil Musayeva ilə tanış olub. Musayeva deyir: “Kolumbiyalı jurnalist Xuan Arredondo ilə birlikdə onlar martın 5-də Ukraynaya gəldilər. O vaxtdan bəri sərhəddə yerləşən bir çox şəhərlərdə, Lvovda oldular, Jitomir və Berdiçevdə qaçqınları lentə aldılar. Martın 13-də səhər saatlarında Xuan və Brent İrpin və oradan evakuasiya haqqında reportaj çəkməyə qərar verdilər. Təxminən saat 14-də onlar hadisə yerinə gəliblər: tərcüməçi və sürücü maşında qalıb, jurnalistlər isə təxliyyə olunanları lentə almaq üçün İrpində körpünün üstündən keçib. Bu zaman Rusiya hərbçiləri hücum edib. Brent boynundan, Xuan ayağından yaralanıb. Brent demək olar ki, dərhal öldü, Xuan Okhmatdet xəstəxanasına aparıldı... Brent çox istedadlı peşəkar kinorejissor idi, ən yaxşılardan biri idi. O, heyrətamiz insan idi”.
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN