Prezident Vladimir Zelenski bu gün olduqca maraq doğuran videomüraciət paylaşıb...

O, deyib ki, Rusiya döyüş meydanında elə itkilər verib ki, yardımı harada axtaracağını belə bilmir. "Silahlı qüvvələrimiz cəbhədə həm mərdliklə dayanıb, həm də sayıqlıqla... Biz düşmənə elə itkilər veririk ki, o, daha harada ehtiyat və kömək axtaracağını belə bilmir. Başqa harada kömək tapacağını axtarmaqdadır... Özünüzə kömək edin, işğalçıya yox! Çox heyif. Amma bizim arxayınlaşmağa və dayanmağa haqqımız yoxdur. Rusiya dövləti onilliklər ərzində müharibəyə hazırlaşır. Onlar şər naminə, qonşularını fəth etmək naminə əhəmiyyətli hərbi resurs toplayıblar. Həm də dəyər verdiyimiz Ukraynanı, bildiyimiz kimi Avropanı məhv etmək istəyirlər.
Ona görə də qalib gəlmək üçün dayanmamaq, mübarizə aparmaq lazımdır- Ukraynalıların layiq olduğu sülhə gəlmək və təmiz dünya uğrunda! Dövlətimiz, xalqımız üçün təhlükəsizlik təminatları ilə. Və bunu çətin də olsa sülh danışıqlarının masadakı kağızı üzərinə qoymaq üçün”.

Ukrayna cəbhəsində isə dağıntı və ölümlərlə davam edən ədalətsiz müharibə alovlanmaqdadır...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN