...İcra başçılarımızın gün-güzəranı və yerlərdə nə işlə məşğul olduğu göydə Allaha, yerdə isə sakinlərə yaxşı məlumdur.

İndiyədək 10-a yaxın icra başçısının kabinetində rüşvət aldığı yerdə DTX tərəfindən həbsi də hamıya məlumdur. Amma hamıya məlum deyil ki, axı nə qədər pul yığmaq olar və ya çörəyə möhtac insanların haqqını nə vaxta kimi yemək mümkündür?

 Deyəsən, növbə Göyçaya çatdı... Göyçay Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev (İsayev Vahid Zahid oğlu) hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. Baş Prokurorluqdan bu faktı "Təzadlar"a da təsdiqləyiblər. Onun nə üçün saxlanıldığı rəsmən açıqlanmasa da, məlumdur ki, DTX, yaxud Baş Prokurorluq məmurları nə üçün həbs edir... Onu da bildirək ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə fevralın 22-də vəzifəsindən azad edilib. O, barəsində ən çox şikayətlər edilən icra başçılarından biridir. Elə "Təzadlar"a az qala hər gün Mehdi Səlimzadənin barəsində şikayət daxil olurdu...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN