Çexiya baş naziri Petr Fiala bu gün Polşa və sloveniyalı həmkarları ilə birgə Kiyevə səfər edəcəyini açıqlayıb.

Nazir bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Bu gün Polşanın baş naziri Mateuş Moravetski, baş nazirin müavini Yaroslav Kaçinski və Sloveniya baş naziri Yanez Yanşa ilə birgə Avropa Şurasının təmsilçiləri qismində Kiyevə səfər edəcəyik. Səfər çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski və baş nazir Denis Şmıqal ilə görüşəcəyik", - baş nazir yazıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN