Rusiyanın Ukraynaya qarşı 20 gündür apardığı müharibənin dəhşətlərini dünya həyacanla izləyir.   

Bu müharibədə kimin nə əldə etdiyini artıq deməyə ehtiyac yoxdur. Ukraynada 3 milyona yaxın insan qaçqın düşüb, şəhər və kəndlər darmadağın edilib... Rusiya isə 10 mindən çox hərbçi itirib. Bu azməş kimi, Türkiyə və İngiltərə mediasının yazdığına görə, Rusiya həm də bu ədalətsiz müharibə zamanı Ukrayna hərbçiləri tərəfindən Rusiya qoşunları ali komandanlığının azı 10 üzvü öldürülüb. "Təzadlar" Ukrayna Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinə istinadla bildirir ki, Rusiya ordusunun öldürülən general, polkovnik və polkovnik-leytenantlarının adlarını açıqlayıb. Onlar general-mayorlar - Maqomed Tuşayev, Vitali Gerasimov, Andrey Kolesnikov, Andrey Suxovetski, polkovniklər - Andrey Zaxarov, Sergey Poroxnyu, İqor Nikolayev, polkovnik-leytenantlar – Yuri Aqarkov, Dmitri Sofronov, Mixail Yermolindir. Bu siyanın artacağı da istisna edilmir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN