Nəhayət, ABŞ prezidenti Cozef Bayden bu gün martın 16-da Ukraynaya daha 1,01 milyard dollarlıq silah yardımı barədə qərarı elan edəcək. Bu haqda “The Wall Street Journal” bildirir.

CNN-Türk bildirir ki, Bayden öz qərarını Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ Konqresi qarşısında nəzərdə tutulan çıxışından sonra elan etməyə hazırlaşır. Vəsait Ukrayna üçün tank əleyhinə və hava hücumlarına qarşı “Javelin” və “Stinger” raketlərinin alınmasına yönəldiləcək. Həmin məbləğ Ukraynaya ABŞ-ın artıq imzalanmış büdcədən 13,6 milyard dollarlıq yardımından xərclənəcək.

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı isə bildirir ki, müharibənin 20-ci gününün yekunlarına əsasən Rusiyanın işğalçı qüvvələrinin az qala yarısı sıradan çıxarılıb və ya məhv edilib. “2022-ci il martın 15-nə olan vəziyyətə görə düşmənin Ukrayna ərazisindəki “əməliyyatlara” cəlb edilmiş bölmələrinin 40 faiz qədəri ya tam məhv edilib, ya döyüş qabiliyyətini itirib”,-Baş qərargahın ötən gecə yaydığı mlumatda deyilir.

Məlumatda bildirilir ki, düşmənin Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmaq planı hələ d baş tutmayıb. Rusiya ordusu itkilərin yerini doldurmaq üçün xarici ölkələrin muzdluları da daxil olmaqla əlavə bölmələri səfərbər etməyə çalışır. Habelə Rusiya hərbi rəhbərliyi ali hərbi məktəblərin kursantlarını da Ukrayna ərazisindəki döyüşlərə cəlb etmək üçün onların vaxtından əvvəl məzun edilməsi barədə qərar verib.

Ukraynaya yardımlar isə bütün dünyadan davam edir. Bu gün isə Türkiyə XİN rəhbəri Çavuşoğlu Moskvaya gedir. O, sonra Ukraynada olacaq. Ehtimal var ki, Çavuşoğlu Putindlə də görüşəcək.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN