Rusiya hərbi komandanlığının ikrah hissi doğuran hərəkətləri davam edir: mülki şəxslər oğurlanır, qaçırılır...

Belə ki, bu gün Rusiya hərbçiləri işğal olunmuş Skadovsk şəhərinin meri Aleksandr Yakovlev və onun müavini Yuri Palyuxu qaçırıblar, bu barədə fəal Artem Kostyuchenko Facebook-da məlumat verib. “Elə indi (saat 11:00 radələrində) Rusiya hərbçiləri Skadovsk Şəhər Şurasından mer Aleksandr Yakovlev və Yuri Palyuxu oğurlayıblar”. Kostyuchenko skadovçuları saat 12:00-da mərkəzi meydanlara toplaşmağa çağırıb. "...İnsanlar gəlib “Rus əsgəri – faşist və işğalçı”, “Merimizi qaytarın!”, “Mer!”, “Onu biz seçmişik – bu, bizim merimizdir” şüarları səsləndirirlər. Rus işğalçıları Ukrayna şəhərlərinin işğalçılara tabe olmayan, rus hakimiyyətini tanımayan merlərini oğurlayırlar..." və s.

Rusiya hərbi komandanlığından isə hələki bu məsələyə reaksiya verilməyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN