...Bir vaxtlar Zelenski nüfuzlu dövlətlərin rəhbərlərinə Putindən şikayət edirdi, indi də...

Görün Rusiyanın vəziyyəti nə yerdədir ki, indi isə Putin Zelenskidən şikayət edir. Məsələn, bu gün Rusiya prezidenti Vladimir Putin Almaniya federal kansleri Olaf Şulsla  telefon danışığı zamanı bildirib ki, Ukrayna prezidenti danışıqlarda “qeyri-real” təkliflər irəli sürür. "Təzadlar" RİA Novosti-yə istinadla bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb: “Putin Şulsla söhbətində qeyd etdi ki, Kiyev rejimi getdikcə daha çox real olmayan təkliflər irəli sürərək Rusiya ilə danışıqları uzatmağa çalışır”.  Putin əlavə edib ki, Rusiya tərəfi guya “özünün məlum prinsipial yanaşmalarına uyğun həll yolları axtarışını davam etdirməyə hazırdır”.
 Qeyd edək ki, martın 16-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna və Rusiya arasında danışıqlarda “komromis əldə etmək üçün müəyyən ümidlər var”. Martın 16-da “Financial Times” isə danışıqlarda iştirak edən üç mənbəyə istinadən yazıb ki, Ukrayna və Rusiya 15 bəndlik sülh sazişi üzrə danışıqlar aparır... Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak isə bildirib ki, “Financial Times” qəzetinin dərc etdiyi “sülh sazişi” layihəsi Rusiya tərəfinin xahişindən başqa bir şeyi nümayiş etdirmir. Prezident Vladimir Zelenski də bildirib ki, Ukrayna Rusiya ilə danışıqlarda müharibəyə son qoymağa, təhlükəsizliyə zəmanət verməyə və öz ərazi bütövlüyünü bərpa etməyə çalışır. Vəssalam!

Bir sözlə, Rusiya Prezidenti şikayətlənməyində, Zelenski isə ABŞ-dan silah-sursat almağında... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN