Pentaqonun kəşfiyyat məlumatlarına görə, Rusiya prezidentiUkraynanın inadkar müqaviməti davam edərsə və əsgərləri öldürüb hərbi gücünü zəiflədərsə, Vladimir Putin müharibədə Qərbi nüvə silahından istifadə edəcəyi ilə üz-üzə qoyacaq...

"Təzadlar" bildirir ki, Bloomberg agentliyinin yazdığına görə, ABŞ-ın Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin direktoru, general-leytenant Skott Berrier açıqlamasında belə deyib. Sitat: "...Ukraynanın itaətsizliyi, yəni güclü müdafiəsi, eləcə də iqtisadi sanksiyaların birləşməsi "Rusiyanın sursat istehsal etmək qabiliyyətini" təhlükə altına salacaq...". Berrier bunu cümə axşamı Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləmələrində belə bəyan edib.
Kəşfiyyat hesabatı 67 səhifədən ibarət olub. Bildirilib ki, uzun sürən müharibə Rusiyanın modernləşdirilmiş silah arsenalını azaltmaqla ciddi təhlükə həddinə gətirir və iqtisadi sanksiyalar Rusiyanı uzunmüddətli iqtisadi depressiyaya və diplomatik təcrid vəziyyətinə salacaq. “Bu müharibə və onun nəticələri Rusiyanın adi qüvvələrini tədricən zəiflətdiyinə görə, Rusiya Qərbə siqnal vermək və güclərini daxili və xarici auditoriyalarına təqdim etmək üçün çox güman ki, nüvə çəkindirici qüvvəsinə daha çox etibar edəcək”. Berrier əlavə edib ki, Ukraynanın gözlənildiyindən daha güclü müqavimətinə və münaqişənin ilkin mərhələlərində nisbətən yüksək itkilərə baxmayaraq, rəsmi Moskva Ukrayna hökumətinin Moskvanın şərtləri ilə razılaşmalara hazır olana qədər daha sərt üsullara əl atmaqla irəliləməkdə qərarlı görünür. Pentaqon rəsmisinin bu cür qiymətləndirməsi ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpin arasında telefon danışığı ərəfəsində verilib. 

Rusiyanın siyasi və hərbi rəhbərliyindən isə hələki bu açıqlamaya rəsmi reaksiya yoxdur.

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN