Dünən axşam saatlarında Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri rusiyalı general-leytenant Andrey Mordviçevi məhv ediblər.

"Təzadlar" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi məlumatına istinadən bildirir ki, generalın fotosu da yayılıb: “...düşmənə atəş zərbəsi endirilməsi nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci birləşmiş silahlı ordusunun komandanı, general-leytenant Andrey Mordviçev öldürüldü”.
Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Rusiya qoşunlarının ali komandanlığının məhv edilmiş üzvlərinin siyahısını dərc edib. Rusiya Müdafiə Nazirliyi isə hələki bu siyahını nə təkzib, nə də təsdiq edir. Lakin Rusiya mediası bu itkilər barədə yazır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN