Ukrayna Quru Qoşunlarının hava hücumundan müdafiə qüvvələri Kiyev vilayətində Rusiyaya məxsus döyüş helikopterini vurub.

"Təzadlar" "NikVetsi"yə istinadən bildirir ki, bu barədə Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Oleksandr Pavlyuk Telegram-da yazıb: "Bu gün Buçansk vilayətində Ukrayna Ordusunun hava hücumundan müdafiə bölmələri düşmənin K-52 döyüş helikopterini vurub! Daha bir düşmən "Alliqatoru"na minus!".

Pavlyuk qeyd edib ki, helikopter “Stinger MANPADS” vasitəsi ilə vurulub. "Səmamızı qoruduğunuz üçün sizə təşəkkür edirik. Qələbə bizim olacaq. Ukraynaya eşq olsun!" kimi təbrikli məktub paylaşımı edən administrasiya rəhbəri Rusiyanın yalnış olaraq başladığı müharibəni faktiki uduzduğunu da yazıb...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN