"Bayraktar TB2" PUA-ları Ukraynanın Xerson vilayətində havada effektiv fəaliyyət göstərir və 58-ci Birləşmiş Rusiya ordusunun möhkəmlənməsinə imkan vermir və Ukrayna Silahlı Qüvvələrinə əvəzedilməz kömək edir.

"Təzadlar" bildirir ki, bu barədə avstriyalı hərbi ekspert Tom Kuper məqaləsində yazıb. Onun sözlərinə görə, Nikolayevin rus qoşunları tərəfindən mühasirəyə alınmasından demək olar ki, heç nə qalmayıb, ruslar "Bayraqdar"ın sayəsində şəhərdən çox-çox  kilometrlərlə geri qovulublar: "Rusiya Federasiyasının 7-ci qvardiya hava-desant diviziyası Novaya Odessadan geri çəkilməyə məcbur oldu, 20-ci qvardiya motoatıcı diviziyası isə artıq  Snigirevkadan (Xersondan təxminən 100 km şimalda) qovulub. Ukrayna "Bayraqdar"la rus qoşunlarının irəliləyişini izləyir və görür, düşmənin bütün Buk SAM sistemlərini sıradan çıxarıb, Ukraynaya daim Rusiya zirehli texnikasının kolonlarına raket zərbələri endirməyə imkan verir".

 Praqadan olan analitik qeyd edir ki, Xersonda ruslar Ukrayna artilleriyası tərəfindən Çernobaevkanın atəşə tutulmasından sağ çıxmış zədələnmiş helikopterləri təxliyə etməklə məşğul idilər. Ekspert əlavə edir ki, raket hücumlarının qarşısını almaq üçün ukraynalı hərbçilər kazarmalarda və ya hərbi hissələrdə cəmləşməməlidir, ruslar məlumat alıb həmin yerləri vura bilirlər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN