Rostov-Donda  məktəblilərə məktub göndərilib və onlardan rusiyalı əsgərlər üçün ərzaq və ilkin tələbat malları, habelə təşəkkür məktubu göndərmələri tələb olunub.

News Obozrevatel-in xəbərinə görə, bu barədə Navalnının silahdaşı -  Lyubov Sobol Twitter-də məlumat verib.

Sobol Rostov-Dondakı 61 nömrəli məktəbdə şagirdlərdən əsgərlər üçün toplanan zəruri əşyaların siyahısınının fotosurətini də dərc edib.

Siyahıya "Doşirak" (tez bişən lapşa – paketlənmiş hazır yemək - red), şirniyyatlar, şokolad, qəhvə və çay paketləri, qatılaşdırılmış süd və ya cem, paketlənmiş quru meyvələr, birdəfəlik ülgüclər, yaş salfetlər və corablar daxildir. Hətta tələb olunanların çəkisi və sayı da qeyd edilib.

Lyubov Sobol xatırladıb ki, Rusiya 2022-ci ildə federal büdcədən müdafiəyə 3,5 trilyon rubl xərcləyəcək - həmin pullar hara gedib?..

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN