Pentaqon Moskvanın nüvə silahından istifadə ilə bağlı hədələrini təhlükəli adlandırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Avropa həqiqətləri” məlumat yayıb. Pentaqonun sözçüsü Con Kirbi, "Məsuliyyətli nüvə dövləti belə hərəkət etməməlidir", -deyə bildirib. Eyni zamanda Kirbi vurğulayıb ki, Pentaqon rəsmiləri “Bununla Rusiyanın bizi strateji mövqeyimizi dəyişdirməyə yönəlmiş bu hərəkətində narahatlığa əsas olan heç nə görmürük...  Biz hər şeyi daha yaxşı idarə edirik, nə lazımdır edəcəyik...".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin sözçüsü Peskov etiraf edib ki, Rusiya Ukraynada hələlik heç bir hərbi məqsədə nail olmayıb və o, Moskvanın nüvə silahından istifadəyə əl ata biləcəyini bildirən sualdan imtina edib. “Putin Rusiyanın nüvə potensialından hansı şəraitdə istifadə edir” sualına Peskov belə cavab verib: “Əgər bu, ölkəmiz üçün ekzistensial təhlükədirsə, o zaman ola bilər”.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN