Rusiya Federasiyasının işğal etdiyi Berdyansk limanında işğalçıların Qara dəniz donanmasının “Orsk” adlı iri desant gəmisi məhv edilib. Yanğın digər gəmilərə, yanacaq və sursatlara da keçib.

Bu barədə  CNN-Türk-ün müxbiri danışıb.  Yerli sakinlər “Ukrainska Pravda”ya bildiriblər ki, limanda gəmilər yanır. Bundan sonra silahlı qüvvələr gəminin məhv edildiyini təsdiqləyiblər. Sosial şəbəkələrdə də bir gəminin batdığını, daha ikisinin yandığını, onlarla yanaşı silah-sursat anbarının, yanacaq çənlərinin də sıradan çıxdığını yazırlar. Tezadlar.az Ukrayna mediasına istinadən onu da əlavə edir ki, Regional Dövlət Administrasiyası gəminin səhər saat 7-də məhv edildiyini təsdiqləyib. "Daha iki gəmi zədələndi, 3000 ton yanacaq çəni məhv edildi. Yanğın düşmənin sursat anbarına da keçib. Partlayış səsləri ən uzaq məsafədən belə eşidilir...".

Bu da işğalın "bəhrəsi". Lazım idimi?

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN