Belçikanın paytaxtı Brüssel şəhərində NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının fövqəladə iclası hələ də davam edir...

Sammit Alyansın mənzil-qərargahında keçirilir. Toplantıda ABŞ prezidenti Cozef Bayden, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa prezidenti Emmanuel Makron, NATO-nun baş katibi Yens Stoltenberq və digər liderlər iştirak edirlər. Liderlər iclasdan əvvəl ailə fotosu çəkdiriblər. Sammit tamamilə Rusiya-Ukrayna müharibəsinə və Avropanın təhlükəsizliyinəhəsr olunub. Gözlənilir ki, iclasda Ukrayna ilə bağlı fövqəladə qərar qəbul edilsin. Buna dair artıq ehtimallar da çoxdur. Dünyanın gözü hazırda sammitin çıxaracağı qərara dikilib. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN