Ağdamda buldozer minaya düşüb...

Baş Prokurorluğun Mətbuat xidmətindən "Təzadlar"ın sorğusuna cavab olaraq bildirilib ki, martın 27-si saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində təmir tikinti işləri aparılan zaman buldozerin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Nəticədə traktora maddi ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb. Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Ermənilərin Qarabağda apardıqları işğalçılıq siyasəti bu cür dəhşətli sonluqlara hesablanıb. Ona görə də bu bölgədə çalışanlar son dərəcə diqqətli olmalıdırlar. 

A.Məmmədli 

 

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN