Azərbaycaın əzilən Ukraynaya diqqəti diqqətlə izlənilir...

Bu da təbiidir, Azərbaycanın buna haqqı vardır. Budur, Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Zelenski dövlət başçısını Ukraynadakı vəziyyət barədə məlumatlandırıb. Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər. Telefon danışığı əsnasında prezident Volodimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə prezident İlham Əliyevə təşəkkürünü bildirib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır.

Ukrayna xalqı tezliklə bu müharibə bəlasından qurtular. Türkiyənin bu sahədə göstərdiyi siyasi və diplomatik  dəstəyin isə əvəzi yoxdur. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN