Türkiyə prezidenti R.T.Ərdoğan az əvvəl bəyan etdi ki, o, müzakirələrdən əvvəl nümayəndə heyyətləri ilə görüşəcək...

Ukrayna və Rusiya arasında danışıqlar sabah martın 29-da İstanbulun Dolmabaxça sarayında keçiriləcək. Rusiya tərəfi artıq İstanbula gəlib. Tezadlar.az bildirir ki, bu barədə Türkiyənin Anadolu agentliyi məlumat yayıb... Rusiyalı nümayəndələr artıq İstanbula gəliblər. Ukrayna nümayəndə heyəti isə bu axşam -martın 28-i axşam saatlarında Türkiyədə olacaqlar. Danışıqların qrafiki kifayət qədər çevikdir: “Onlar daha bir-iki gün müzakirələrə qala bilərlər”.
Türkiyə iki günlük danışıqların çərşənbə axşamı, martın 29-da başlayacaq və Dolmabaxça sarayında keçiriləcəyini bildirib. 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ukrayna rusların 6 tələbindən dördünə, xüsusən də NATO üzvlüyündən imtinaya və rus dilini ikinci dövlət dili kimi tanımağa hazırdır. Buna cavab olaraq Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib ki, martın 25-nə olan məlumata görə, Türkiyə prezidentinin qeyd etdiyi danışıqların dörd bəndi üzrə Rusiya ilə konsensus yoxdur. Ərdoğan dəfələrlə Ukrayna və Rusiya prezidentləri arasında danışıqlarda vasitəçilik etmək istədiyini bildirib. Eyni zamanda, Türkiyə tərəfi Kremlin tələblərini diqqətlə müzakirə edir. Türkiyə NATO-ya üzv olmasına baxmayaraq, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinə görə Qara dəniz və Qafqazda təhlükəsizlik maraqlarını balanslaşdırmaq üçün Rusiya ilə tərəfdaşlıq münasibətlərini saxlamağa çalışır.

A.Məmmədli

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN