Rusiya prezidenti Vladimir Putin Ukraynanı “məhv etmək” planları qura bilər, lakin Ukraynanın öz planları var.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yerli TV-də bu barədə danışıb. Belə ki, az əvvəl Putinə prezident Vladimir Zelenskinin notası verildiyi, Putinin onu oxuduqdan sonra “onları məhv edəcəm” dediyi bildirilirdi. "Sizə xatırladıram ki, o (Putin - Red.) bir neçə günə Kiyevi və Ukraynanın əsas şəhərlərini tutmaq niyyətində idi. Düşünürəm ki, o zaman o da oturub öz-özünə fikirləşdi: "Mən onları bitirəcəyəm...". Amma heç nə alınmadı... O, orada müəyyən planlar qura bilər, amma bizim də öz planlarımız var. Bunlar qələbə və ərazilərimizin azad edilməsi planlarıdır."
Tezadlae.az xatırladır ki, “The Times” yazıb ki, rusiyalı oliqarx Roman Abramoviç Bankova ilə Kreml arasında danışıqlarda vasitəçidir, xüsusən də o, Putinə Zelenskinin özünün yazdığı notanı ötürüb. Yazıda Zelenski Ukrayna hökumətinin müharibəni bitirmək üçün etməyə hazır olduğu mümkün kompromisləri qeyd edib. Guya Putin isə Abramoviçə qəzəblə deyib: “Ona de ki, mən onları məhv edəcəm”.

Sitatın sonu...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN