Martın 27-də Tver Dövlət Tibb Universitetinin (TVDTU) cərrahiyyə fakültəsinin kafedra müdiri, tibb elmləri doktoru Babayev Famil Əlikərəm oğlu qəflətən dünyasını dəyişib.

Bu barədə Tver Dövlət Tibb Universitetinin saytında məlumat verilib.

Famil Babayev 2017-ci ildən Tver DTU-də çalışıb. O, vaxtilə o zamankı SSRİ Silahlı Qüvvələrində xidmət edib, qarnizon hospitallarında cərrahiyyə şöbələrinə rəhbərlik edib, Bakıda Baş Klinik Hərbi Hospitalda aparıcı cərrah vəzifəsində çalışıb. 2007-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin baş cərrahı vəzifəsində fəaliyyət göstərib və tibb xidməti polkovniki olub.

Babayev 60-dan çox elmi əsərin, bir neçə monoqrafiyanın və tədris vəsaitlərinin, ixtiralara dair üç patentin müəllifi olub - Almaniya, ABŞ və Türkiyə universitetlərində təcrübə keçib, cərrahiyyənin inkişafına mühüm töhfələr verib.

“Koronavirus infeksiyasının qızğın çağında Babayev bu bəladan uzaq qalmadı, universitetdə kafedra müdiri olarkən könüllü olaraq “qırmızı zona”da praktiki işə keçdi və yoluxucu xəstəliklər kafedrasının müdiri təyin edildi”, - deyə məlumatda deyilir.

Qeyd edək ki, Famil Babayev Hacıqabul rayonunda anadan olub. Şəhər 9 saylı (indiki 6 saylı) orta məktəbi bitirib.

Məktəbi "Əla" qiymətlərlə başa vuran Famil Babayev Azərbaycan Dövlət Tibb Universitetinin cərrahiyyə fakültəsinə qəbul olub. 4-cü kursdan sonra təhsilini Rusiyada davam etdirib.

Ailəsinin verdiyi məlumata görə, mərhumun cənazəsi bu gün Bakıya gətiriləcək. Sabah Bakıda torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

 

Y.MƏMMƏDLİ

 

 

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN