Rusiya ilə Ukrayna arasında danışıqların növbəti raundunun tarixi yarımqruplardakı dəqiqləşdirmələrdən və Kiyevin təklif etdiyi təhlükəsizlik müqaviləsi konsepsiyasına Rusiya tərəfinin reaksiyasından sonra bəlli olacaq.

Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Rusiyanın əslində nə istədiyinə bir az da dəqiqləşdirmə verdi:  "Birincisi. Hal-hazırda alt qruplarda üzbəüz məsləhətləşmələr aparılır: hərbi və hüquqi məsələlər var. Detalların dəqiqləşməsi vacibdir.
İkinci. Növbəti raundun tarixi yarımqruplardakı dəqiqləşdirmələrdən və Rusiya tərəfinin sazişin konsepsiyasına reaksiyasından sonra bəlli olacaq. Üçüncü. Artıq opponentlərin ilk müsbət reaksiyası var - Çerniqov və Kiyev istiqamətlərində atəşi kökündən dayandırmağa hazır olmaq. Bu, mühüm humanitar problemləri həll edəcək”.
RİA Novosti İsə yazır ki, İstanbulda Rusiya-Ukrayna danışıqlarının üzbəüz raundu başa çatıb və daha sonra onlar video formatda davam etdiriləcək. Rusiya nümayəndə heyətinin artıq İstanbulu tərk etdiyini bildirilir.

Türkiyənin CNN -türk kanalı isə açıqlama verdi ki, Rusiya faktiki olaraq Ukraynanın bölünməsini istəyir- şərqi və qərbi Ukrayna. Amma bəlli deyil ki, həmin ərazilər Ukraynanın ərazi bütövlüyü çərçivəsindəmi olur, yoxsa əksinə...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN